Sarqsyan: Yaxın günlərdə Rusiyadan yeni silah tədarükləri gözləyirik

Moskva yaxın vaxtlarda Yerevana qüvvədə olan saziş çərçivəsində silahlar tədarük edəcək. “Yeniavaz.com”un məlumatına görə, bunu Ermənistan Prezidenti Serj Sarqsyan RİA Novosti-yə müsahibəsində deyib. Onun sözlərinə görə, artıq yeni imzalanmış 100 milyon dollar dəyərində müqavilənin reallaşdırılması bütün dövlətlərarası razılaşdırmalardan sonra başlayacaq: “Yaxın günlərdə yeni silah tədarükləri gözləyirik. İlin sonunadək əvvəlki müqavilə ilə bağlı bütün məsələləri bağlayacağıq. Biz artıq Yerevanda yeni müqavilə imzalamışıq, o, Rusiya və Ermənistanın bütün instansiyalarından, ardından ratifikasiya prosedurundan keçməlidir, bundan sonra isə bu proqramın reallaşdırılması məqsədə ilə Rusiya tərəfinin müvafiq istehsalçıları ilə işə başlaycağıq. Bu, təəssüf ki, tezliklə alınmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top