Bakıda yaşlı kişi özünü avtomobilin altına atdı - VİDEO


Bakıda İzmir parkının qarşısında “VAZ-2107” markalı avtomobil yaşlı kişini vurub. Qəza anı Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kamerası tərəfindən qeydə alınıb. Qəza günün qaranlıq vaxtında, keçid olmayan ərazidə baş verir. Yaşlı kişi əvvəlcə yolun ortasında – qoşa xəttin üstündə dayanır. Sonra isə qəfil qaçmağa başlayır. Bu zaman üzərində taksi nişanı olan “VAZ-2107” onu vurur. Sürücü ayıq tərpənərək, dərhal avtomobilini dayandırır və piyadanı nəqliyyat vasitəsinə mindirərək oradan uzaqlaşır.Avtosfer.az

Maşın qoca

DİGƏR XƏBƏRLƏR

Top