Nyu-Yorkda terakt: 8 ölü, 15 yaralı

ABŞ-ın Nyu-York ştatının Manhetten şəhərində atışma baş verib.

Yerli mətbuatın məlumatına görə, naməlum şəxsin idarə etdiyi avtomobili velosiped yolundakı insanların üzərinə sürməsi və ətrafdakı adamlara atəş açması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Daha 15 yaralının olduğu bildirilir.

Jurnalistlər qarşısında çıxış edən Nyu-York meri Bill de Blazio insidentin polis tərəfindən terror aktı kimi qiymətləndirildiyini, bu səbəbdən də istintaqı Federal Tədqiqatlar Bürosunun apardığını bildirib.

Bir nəfər kişi Ümumdünya ticarət mərkəzinin və məktəbin yaxınlığında, Traybeka mikrorayonunda maşından əvvəlcə camaata, sonra isə polislərə atəş açıb.

Yerli polisdən verilən məlumata görə, atəş açan şəxs yaralanıb və saxlanılıb.

Hazırda insidentin səbəbləri araşdırılır. Virtulaz.org

DİGƏR XƏBƏRLƏR

Top