Zabrat sakini arı sancması nəticəsində vəfat etdi


Bakıda arı sancmasından ölüm hadisəsi baş verib. Hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib. Ölümün dəqiq səbəbləri araşdırılır.Report

DİGƏR XƏBƏRLƏR

Top