Almaniyada axtarışda olan şəxs Bakıda piyadanı keçiddə vurdu VİDEO

Bu gün saat 15.30 radələrində Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində yol qəzası baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, “Mercedes” markalı, 10 RA 777 dövlət nömrə nişanlı avtomobil piyada keçidi ilə yolu keçən qızı vurub. Piyada yüngül xəsarət alıb. Avtomobildən düşən sürücü və sərnişin qızı xəstəxanaya aparmaq istəsələr də, yaralı tərpənə bilmədiyini deyib və yaxınlarını hadisə yerinə çağırıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin avtomobil Qəhrəman Akim oğlu Əliyevə məxsusdur. Bu şəxs 22.08.2017-ci il tarixdən etibarən Almaniya hökuməti tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.avtosfer.az

almaniya

DİGƏR XƏBƏRLƏR

Top