
Çinin "Meyçjou Texan" klubunun sahibi komandanı üçüncü diviziondan ikinci diviziona çıxaran futbolçuların hər birinə 3,3 milyon avro ekvivalentində məbləğ ödəyib.
"Yeniavaz.com"un "Lenta.ru" saytına istinadən verdiyi məlumata əsasən, Quandun vilayətində yerləşən klub iki oyunun nəticəsinə görə "Şençjen Leman" komandasına 3:1 hesabı ilə qalib gələrək yuxarı liqaya yüksəlib. Qalib komandanın bütün futbolçuları və məşqçi heyəti çinlilərdir. Klubun məşqçilərinin və personalının mükafatları barədə məlumat verilmir.
Tətbiqimizi yükləyə bilərsiniz