Göygöldə oğurluq edənlər tutuldular FOTO

Evdən oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeniavaz.com" saytına verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə mənzildən oğurluq edən şəxslər tutulub. Rayonun Üçtəpə kənd sakini olan bir nəfər qadın Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus evdən üçüncü dəfə oğurluq olunduğunu bildirib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və onlar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Rayon Polis Şöbəsində aparılan arqaşdırmalar zamanı Üçtəpə kənd sakini Səxavət Zeynalov və Elvin Hüseynov etiraf ediblər ki, evdən ümumilikdə 1822 manat pul oğurlayıbar. Saxlanılan şəxslər pulu bölüşərək xərclədiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top