Ərdoğan İlham Əliyevlə qeyri-rəsmi fotosunu paylaşıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevlə olan qeyri-rəsmi fotosunu paylaşıb. "Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, foto Bakıda iki ölkə liderinin təkbətək görüşü zamanı çəkilib. Fotoya dair yazıda bildirilir: "Səmimi və isti qonaqpərvərliyə görə dost və qardaş Azərbaycanın Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm".

DİGƏR XƏBƏRLƏR

Top