Yıldırım: Bakı-Tbilisi-Qars layihəsi Ərdoğanın iradəsi olmadan reallaşmazdı

Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bakıda çox qürur hissi keçirdik. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, 2004-cü ildə layihəni hələ düşüncə olaraq həmsöhbələrinə çatdıranda heç biri həyata keçirilməsinin mümkün hesab etmirdi: “Bölgədə böyük dövlətlər var, bunu biz necə edə bilərik deyirdilər. Avsrasiya coğrafiyasında mədəniyyətləti qovuşduran çox önəmli dəhlizdir. Bunun bir zənciri Mərmərə idi. Bu layihə prezidentimizin iradəsi olmadan həyata keçə bilməzdi. Bakı-Tbilisi-Qars dəmir yolunda tunelin yarısı Gürcüstanda, yarısı da Türkiyə tərəfindədir. Diplomatlar 9 ay tuneldən çıxacaq torpağın kimə aid olacağını müzakirə edib. Fərqli ölkələrlə iş görməyin çətinliklərini ötən 9 il ərzində gördük. Uğurla nəticəyə nail olduq”.

DİGƏR XƏBƏRLƏR

Top