Berluskoni yenidən mafiya ilə əlaqələrdə şübhəli bilinir

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni mafiya ilə əlaqələrə dair araşdırmanın yenidən fiqurantına çevrilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Florensiya prokurorluğu dövlətin mafiya ilə əlbirliyi haqqında proses üzrə yeni materialları almaqla təkrar iş açıb. Bu işə artıq bir neçə ildir baxılır və ilk dəfə olaraq müttəhimlər skamyasında mafiyozlarla keçmiş məmurlar birlikdə oturublar. İstintaq güman edir ki, 1990-cı illərdə İtaliyada bir sıra terror aktlarının arxasında hansısa formada dövlət dayanıb. O cümlədən, ilk dəfə Baş nazir vəzifəsini 1994-cü ildə tutmuş S. Berluskonu 1993-cü ildə Milan, Roma və Florensiyada bombaların partladılmasını sifariş verə biləcəyində şübhəli bilinir. “Koza nostra” mafiyasının bossu Cüzeppe Qravianonun dinlənilmiş söhbətlərinin üstünün açılması araşdırmanın başlanılmasına xidmət edib. O həmin illər barədə danışarkən siyasətçinin adını çəkir. S. Berluskoni dəfələrlə mafiya ilə əlaqələrdə şübhəli bilinib, lakin bütün işlər dəlil çatışmazlığı səbəbindən bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top