Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə bir sıra şəxslərə təşəkkür elan edilib.
Rusiya prezidentinin müvafiq sərəncamı ölkənin rəsmi hüquq informasiya internet portalında yerləşdirilib.
Təşəkkür elan olunanlar arasında “LUKoil” şirkətinin rəhbəri, Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun da adı yer alıb.
“Rusiya Federasiyası prezidenti sahibkarlığın inkişafında göstərdiyi xidmətə, ictimai fəallığına və uzun illər ərzində vicdanlı işinə görə "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərova təşəkkür elan edib”, - deyə sənəddə qeyd olunub. Virtualaz.org

Tətbiqimizi yükləyə bilərsiniz