Daşkəsəndə meşə yanır

Daşkəsənin Dəstəfur kəndində başlayan meşə yanğını güclü külək səbəbindən daha da genişlənib.

Yanğının baş verdiyi meşə zolağı ilə kəndin yaşayış massivi arasında təxminən 2.3 kilometrlik məsafə olduğundan sakinlər alovun evlərə keçməsindən ehtiyat edirlər.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub. Kəndə verilən elektrik enerjisi dayandırılıb. Yanğının söndürülməsində kənd sakinləri və polis əməkdaşları da iştirak edir.

İlkin məlumatlara görə, yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb. report

DİGƏR XƏBƏRLƏR

Top