Qazaxda iki avtomobil toqquşub, xəsarət alan var

Qazax rayonunda yol qəzası olub. Rayonun Kosalar kəndi ərazisində “VAZ-2107” markalı avtomobil digər minik maşını ilə toqquşub. Qəza nəticəsində “VAZ-2107”in sürücüsü, rayonun Kosalar kənd sakini, 1947-ci il təvəllüdlü İsmayıl Əliyev xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top