Ermənistanda bıçaqlı şəxs uşaqları girov götürüb

Naməlum kişi Ermənistanın Armavir şəhərindəki uşaq bağçalarının birində personalı və uşaqları girov götürüb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bıçaqla silahlanmış şəxs uşaq bağçasına hücum edib. O, heç bir tələb irəli sürməyib. Hadisə yerinə polis dəstələri göndərilib. Qeyd edək ki, Armavir Yerevandan qərbdə 48 kilometr məsafədə yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top