Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən başqa formada da faydalanmaq olar - Təklif

"Bu gün bir neçə dövlətin başçılarının da iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. Əlbəttə, bu beynəlxalq layihə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, kommunikasiyanın birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması baxımlndan ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda fikrimcə. gələcəkdə başqa formada da bu layihədən faydalanmaq imkanları mövcuddur". "Yeniavaz.com" xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.

"Adətən, bu tipli qlobal xətlərin kənarı boyunca yüksək ötürücülük qabiliyyətinə malik fiber-optik telekommunikasiya infrastrukturu da qurulur. Bu, əsasən dəmir yol qovşaqları arasında rabitə və informasiya münasibətləri məqsədi daşıyır.

Xatırlayıram ki, MDB-yə göstərilən texniki yardım-TASİS proqramı çərçivəsində Avropa İttifaqının qlobal TRASEKA layihəsində bu addım atılmışdı. Lakin sonradan bu xətt boyunca olan telekommunikasiya kanalından kommersiya məqsədləri üçün istifadəyə qadağalar qoyuldu. Bildiyim qədər artıq Bakı-Tbilisi-Qars dəmir yolu xəti boyunca Gürcüstana qədər belə bir telekommunikasiya kanalı da çəkilib. Gürcüstandan isə Türkiyəyə qədər belə bir kanal əvvəldən də mövcud idi. Örtürücülük qabiliyyətinin hədsiz yüksək, terabaytlarla olduğu bildirilir. Belə olan halda düşünürəm ki, Azərbaycan bu telekommunikasiya infrastrukturundan 3-cü "bəkbon" kimi də istifadə edə bilərdi. Bəlkə də belə planlar var, amma bu haqda hər hansı rəsmi açıqlamalar verilməyib.

Hansı ki, Strateji Yol Xəritəsində qarsıdakı illərdə ölkədə 3-cü bəkbon operatorun da yaradılması nəzərdə tutulub",-deyə ekspert vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top