Prezidentlərin üçtərəfli görüşü noyabrın 1-nə təyin olunub


Rusiya, Azərbaycan və İran prezidentləri - Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani noyabrın 1-də görüşəcəklər. İnterfaks xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinin planlaşdırıldığını bildirib. Səfərin məqsədi Tehranda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştirak etməkdir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top