“Google” hava şarları ilə simsiz internet verməyə başladı

ABŞ-ın “Google” korporasiyası bu yaxınlarda qasırğalardan ciddi zərər görmüş Puerto-Riko dövlətinin sakinlərinə buraxılmış hava şarlarının köməkliyi ilə simsiz internet verməyə başlayıb.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, hələlik xüsusi cihazlarla təchiz edilmiş yalnız bir neçə şar buraxılıb. Şarlar yerdən təqribən 18 min metrdədir və Wi-Fi rabitəsinə girişi təmin edir. Şarlar Günəş enerjisi əsasında işləyir, buna görə də siqnal ancaq günün işıqlı vaxtında daxil olur.

Xatırladaq ki, sentyabrın 20-də Puerto-Rikonu cənginə almış “Mariya” qasırğası nəticəsində 50-dən çox adam ölüb, 95 milyard dollar zərər dəyib.

DİGƏR XƏBƏRLƏR

Top