Daha bir teleaparıcı Rusiya Prezidenti olmaq istəyir

Rusiyalı radio və televiziya aparıcısı Yekaterina Qordon 2018-ci il prezident seçkiləri kampaniyasında iştirak etmək planlarının olduğunu bəyan edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə Y.Qordon özünün “Twitter” səhifəsində yazıb. O bildirib: “Mən öz hüququmdan istifadə edərək Rusiya Prezidenti vəzifəsinə namizədliyimi irəli sürmək qərarına gəldim”. Y. Qordon qeyd edib ki, çox güman ki, Rusiya Prezident Administrasiyası ilə razılaşdırılmayan yeganə namizəd olacaq. Onun əsas proqramı qadın və uşaqların müdafiəsi olacaq. Xatırladaq ki, daha əvvəl teleaparıcı Kseniya Sobçak Rusiya Prezidenliyinə namizədliyini irəli sürəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top