
Qətər Doha ilə münasibətləri kəsmiş ərəb “dördlüyü” (Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir) ilə ABŞ-da danışıqlarda iştirak etməyə hazırdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məıumata görə, bunu Qətər əmiri Təmim bin-Həməd Ət-Tani deyib. Onun sözlərinə görə, “dördlük” bu təklifə hələlik cavab verməyib: “Bir neçə həftə əvvəl Nyu-Yorkda, BMT-də olarkən ABŞ Prezidenti ilə görüşdüm və Prezident bu böhranın həll yolunu tapmağa kökləndiyini göstərdi, o bizə bura gəlməyi təklif etdi. Mən dərhal dedim: Biz hazırıq, cənab Prezident. Mən ilk gündən dialoq istəmişəm”. Əmir əlavə edib ki, görüş çox erkən müddətdə keçirilməli idi.
Tətbiqimizi yükləyə bilərsiniz