"Keşlə" futbol komandasının yeni baş məşqçisi açıqlandı - RƏSMİ


Bakının "Keşlə" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. Bu barədə klubun Müşahidə Şurasının sədri Zaur Axundov məlumat verib. Onun sözlərinə görə, komanda müvəqqəti olaraq, əvəzedici heyət üzrə koordinator Ramiz Məmmədova həvalə olunub. 49 yaşlı mütəxəssis yeni vəzifədə Zaur Svanadzeni əvəzləyib. Gürcüstanlı baş məşqçi "Keşlə"də köməkçi-məşqçi kimi çalışan oğlu Ramaz Svanadze ilə birgə ötən gün istefaya göndərilib. Z.Axundov R.Məmmədovun qış fasiləsinədək qalan 4 turda və ölkə kuboku matçlarında kollektivin sükanı arxasında olacağını bildirib. Yeni baş məşqçi vəzifəsinin icrasına oktyabrın 31-dən başlayacaq.

Qeyd edək ki, Ramiz Məmmədovun son iş yeri "Qəbələ" klubu olub. O, ikinci dəfə rəhbərlik etdiyi "qırmızı-qaralar"la yollarını 2012/2013 mövsümündə ayırıb.Report

DİGƏR XƏBƏRLƏR

Top