Sumqayıt bulvarındakı xəritədə bəzi RAYONLARIN ADLARI NİYƏ YOXDUR? FOTO

Sumqayıt şəhərində salınan dənizkənarı bulvar öz möhtəşəmliyi ilə diqqət çəkir. Elə bu səbəbdəndir ki, hər həftə buraya yüzlərlə yerli əhali və əcnəbi turist üz tutur.

Bulvar ərazisində təmir işləri hələ də davam etdirilir və yaxın vaxtlarda buradan gəmi ilə Novxanıya gəzintilər də təşkil olunacaq ki, bunun da nəticəsində bura üz tutanların sayı daha da artacaq.

Bu günlərdə Sumqayıtda dəniz kənarında salınan parka üz tutan soydaşlarımızdan biri burada bayrağın altına yerləşdirilmiş xəritəni görəndə xeyli təəccüblənib. Həmin şəxsin "Yeniavaz.com" saytına dediyinə görə, hər gün yüzlərlə insanın gördüyü bu xəritədə bir neçə rayonumuzun adı yoxdur: "Hətta ən kiçik rayonların adının belə yer aldığı xəritədə Şəkinin adını görməyəndə təəccübləndim. Daha sonra öz rayonumuzun adını axtardım - Zərdabın da adı yox idi".

O, dediklərinə sübut kimi həmin xəritənin fotosunu da saytımıza göndərib. Qeyd edək ki, fotodakı bu xəritədə Şəki, Zərdab, Biləsuvar, Qubadlı rayonlarının adı yoxdur. Ola bilsin ki, xəritədə rayonların adı əvvəl olub, lakin sonrada qopub düşüb və ya əvvəldən olmayıb, yaxud kimsə bilərəkdən silib. Hər 3 ehtimal buraya nəzarət edənlərin diqqətindən yayınmamalı, rayonların adının əlavə olunması üçün tədbir görülməli idi.

Xəritənin bizə göndərilən fotosunu təqdim edirik.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top