Putinin xüsusi nümayəndəsi: Türkiyə İdlibdə öhdəliklərini hələ tam yerinə yetirməyib

Suriyanın İdlibdəki təhlükəsizlik zonasında radikalların hücum etmək təhlükəsi davam edir.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib. Onun sözlərinə görə, təhlükəsizlik zonalarında yerləşən ayrı-ayrı qrupların təhrikedici fəaliyyətləri ilə bağlı müəyyən çətinliklər mövcuddur: “İdlib zonasında vəziyyət hələ mürəkkəbdir, çünki Türkiyə tərəfi hələlik müşahidə məntəqələrini sonadək qurmayıb. Lakin ümid edirik ki, Türkiyədən olan tərəfdaşlarımız İdlibdə təhlükəsizlik zonası üzrə öz öhdəliklərini yerinə yetirəcəklər və orada vəziyyəti sabitləşdirəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top