Rusiyanın qəzaya uğrayan vertolyotunun qalıqları tapılıb

Rusiyanın iki gün əvvəl qəzaya uğrayan “Mi-8” vertolyotunun qalıqları Qrenlandiya dənizində Şpitsberqen sahillərində, 209 m dərinlikdə aşkarlanıb.

Bu barədə bu gün Norveçin “Dagbladet” qəzeti Şimali Norveç üzrə Xilasetmə Mərkəzi məlumat yayıb.

Əməliyyata Şpitsberqen qubernatoru rəhbərlik edib.

Qeyd edək ki, Rusiyanın “Arktikuqol” şirkətinə məxsus vertolyot oktyabrın 26-da qəzaya uğrayıb. Hadisə yerli vaxtla saat 15.45 radələrində Barentsburq yaşayış məntəqəsindən 2-3 km uzaqlıqda baş verib. Rusiya Energetika vertolyotun göyərtəsində 8 nəfərin olduğunu açıqlayıb. Apa

DİGƏR XƏBƏRLƏR

Top