Əfqanıstanda İŞİD və "Taliban" arasında silahlı toqquşma olub

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində İŞİD və "Taliban" terror qruplaşmalarının üzvləri arasında baş verən silahlı toqquşma zamanı azı 5 yaraqlı ölüb.

Bu barədə bazar günü yerli hakimiyyət dairələrinə istinadən "Khaama Press" məlumat yayıb.

Məlumata görə, tərəflər arasında döyüş şənbə günü səhər saatlarında Xocani rayonunda başlayıb. Atışma nəticəsində İŞİD-in 5 yaraqlısı ölüb, "Taliban" qruplaşmasının 3 silahlısı yaralanıb.

Toqquşmanın səbəbləri barədə məlumat yoxdur. Report

DİGƏR XƏBƏRLƏR

Top