Fransalı tarixçi: "Fransa Ermənistanı Azərbaycan torpaqlarını geri qaytarmağa məcbur edə biləcək"

"Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən son görüş tarixə yazıla bilərdi. Lakin təəssüf ki, Ermənistan tərəfi bir daha nümayiş etdirdi ki, uzun illərdir həllini tapa bilməyən bu münaqişənin nizamlanmasında maraqlı deyil. Azərbaycan həmişə olduğu kimi bu dəfə də bu böhrandan çıxmaq üçün öz səylərini əsirgəmədi. Təəssüf ki, Ermənistan hər dəfə olduğu kimi, bu dəfə də münaqişənin sülh yolu ilə həllinə əngəl oldu".

Bunu Fransanın tanınmış tarixçi alimi Kərim İfrak deyib.

O bildirib ki, uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsi artıq bitməlidir:

"Bu münaqişə nəticəsində 1 milyon insan öz torpağından, evindən-eşiyindən didərgin düşüb. Bu münaqişə nəticəsində insanlar həlak olur, yaralanırlar. Ümid edirəm ki, Fransa Minsk qrupunun üzvü kimi, nəhayət ki, Ermənistanı Azərbaycan torpaqlarını geri qaytarmağa və davamlı sülhlə nəticələnəcək danışıqlara məcbur edə biləcək". Report

DİGƏR XƏBƏRLƏR

Top