Ruhani: İran raket istehsalını davam etdirəcək

İran ölkəni müdafiə etmək üçün özünün raket proqramını inkişaf etdirəcək.

"Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani deyib. O bildirib: "Biz raket istehsal etmişik, edirik və edəcəyik. Bu, heç bir beynəlxalq sazişi pozmur".

Xatırladaq ki, sentyabrın 22-də Tehranda keçirilmiş hərbi paradda ilk dəfə olaraq İran istehsalı olan yeni "Xurəmşəhr" ballistik raketi nümayiş etdirilib.

DİGƏR XƏBƏRLƏR

Top