İŞİD terror təşkilatı PSJ və Braziliya yığmasının futbolçusu Neymarın fotosunu paylaşaraq təhdid edib.
"Yeniavaz.com"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, şəkildə Neymar əlində bıçaq olan İŞİD üzvünün qarşısında diz çökmüş və ağlayan vəziyyətdə təsvir olunub. Montaj edilən fotoda Lionel Messi kənarda uzanıq vəziyyətdə göstərilib.
İŞİD fotoda "Biz müsəlman ölkələrində təhlükəsiz şəraitdə yaşamadıqca siz əylənə bilməyəcəksiniz" sözlərinə yer verib. Bununla da terror qruplaşması gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında terror aktları törətmək təhdidini davam etdirib.