NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın raket silahlarının yaratdığı mümkün təhlükəni şərh edib.
O, NATO ölkələri də təhlükə altında olduğunu deyib.
"NATO ölkələri də təhlükə altındadır. NATO əks-zərbə vurmaq imkanlarına və qətiyyətinə malikdir", - deyə Stoltenberq bildirib.
Alyansın baş katibi qeyd edib ki, KXDR-ə təzyiq vasitələrini unutmaq olmaz. O, xüsusilə Şimali Koreyaya qarşı iqtisadi sanksiyalara riayət etməyin vacib olduğunu xatırladıb. Report