Avropa Parlamenti: Kataloniyanın müstəqilliyi tanınmayacaq

Avropa Parlamentinin sədri Antonio Tayani Avropa İttifaqına üzv hər hansı dövlət tərəfindən Kataloniyanın müstəqilliyinin tanınmasını istisna edib.

A. Tayani Kataloniyada keçirilən referendumu qanun adlandırıb və tezliklə regionda hüququn aliliyin bərpa ediləcəyinə ümidini ifadə edib.

A. Tayani Avropa İttifaqının münaqişənin həllində vasitəçi olmayacağını, bunun İspaniyanın daxili işi olduğunu vurğulayıb.

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyini elan edib. Bu qərardan sonra İspaniya Senatı ölkə Konstitusiyasının 155-ci maddəsi əsasında Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya parlamenti və hökuməti buraxılıb. Apa

DİGƏR XƏBƏRLƏR

Top