Göllərdə naxa balığının süni çoxaldılmasına başlanılıb

AMEA-nın Zoologiya İnstitutu ölkəmizdə ekoloji təmiz məhsulların alınması istiqamətində apardığı eksperimentlər üzrə uğurlu nəticələr əldə edib.

Bu barədə Zoologiya İnstitutundan məlumat verilib.

elə ki, institutun Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsində aparılan tədqiqatlar Bnəticəsində ərazidəki göllərdə təbii şəraitə maksimum uyğunlaşdırılmış, parazitoloji analizdən keçirilmiş və yüksək ekoloji keyfiyyətə malik üç növ balıq yetişdirilib. Göllərdə naxa balığının da süni çoxaldılmasına başlanılıb.

Böyük elmi əhəmiyyətə malik bu tədqiqatlar zamanı yetişdirilən birillik çəki, ağ amur, qalınalın balıqlarının böyümə və inkişafının yem rasionundan, normativlərindən, parazit faunasından asılılığı öyrənilib. Trend

DİGƏR XƏBƏRLƏR

Top