Somalidə dəhşətli terror: Ölənlər var

Somalidə terror hadisəsi baş verib. Bu barədə “Alsomal” saytı məlumat yayıb. Verilən xəbərə görə, hadisə Somalinin paytaxtı Moqadişuda qeydə alınıb. Paytaxtda “Naasa Hablood 2” mehmanxanasının yaxınlığında gücıü partlayış olub. Hadisə nəticəsində ən azı 10 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.

Hadisədən sonra əraziyə polis qüvvələri cəlb edilib. Terrorçularla polis arasında atışma başlayıb. “Al-Arabia” telekanalının yaydığı məlumata görə, terrorçulardan biri ələ keçməmək üçün özünü partladıb. O, bomba yüklü avtomobilə minərək partlayış törədib. olke.az

DİGƏR XƏBƏRLƏR

Top