İstanbulda 4 İŞİD üzvü yaxalanıb

İstanbulun Bayrampaşa rayonu ərazisindəki ticarət mərkəzində partlayış törətmək istədikləri güman olunan İŞİD üzvləri yaxalanıb. İstanbul polisi şübhəli şəxsləri izləyib. İŞİD-çilər saat 16:30 radələrində ağ rəngli avtomobili ticarət mərkəzinin açıq park yerində saxlayıblar. Avtomobildən çıxan 4 nəfər polis tərəfindən saxlanılıb. Əməliyyat zamanı şübhəlilərdən biri yüngül xəsarət alıb. Vətəndaşlar ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə partlayıcı qurğuları zərərsizləşdirən mütəxəssislər çağırılıb. Onlar avtomobildə partlayış törədiblər. Araşdırma aparılır. apa

DİGƏR XƏBƏRLƏR

Top