Dövlət Komitəsi: Uzunömürlülər diyarı Lerikdə 1 nəfər də olsun uzunömürlü yoxdur RAYONLARIN SİYAHISI

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda yaşı 100-dən çox olan 681 nəfər insan yaşayır. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, yaşı 100-dən çox olan insanların 146-sı kişi, 535-i isə qadın olub.

Məlumata görə, Azərbaycanda cəmi 6 rayonda yaşı 100-dən çox olan insan qeydə alınmayıb. Bu rayonlar arasında Ağstafa, Oğuz, Göyçay, Beyləqan, Şirvan, Qubustan və nə qədər təccüblü olsa da uzunömürlülər diyarı hesab edilən Lerik rayonu da yer almaqdadır. Komitənin məlumatına görə, Azərbaycanda uzunömürlülər diyarı kimi tanınan Lerik rayonunda 1 nəfər də olsun yaşı 100-dən çox olan insan yaşamır.

Məlumat üçün onu da qeyd edək ki, 1991-ci ildən Lerik rayonu ərazisində Uzunömürlülər Muzeyi fəaliyyət göstərir və belə bir muzey dünyada yeganə hesab olunur. Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqında foto guşələr və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. Lakin bir daha qeyd edək ki, nə qədər təccüblü olsa da Statistika Komitəsi Lerik rayonunda yaşı 100-dən çox olan insanların olmadığını bildirir.

Komitənin açıqladığı statistik göstəricilərdə təccüb doğuracaq məqamlardan biri də, Dağlıq Qarabağ ərazisində yaşayan və yaşı 100-dən çox olan insanların sayıdır. Məsələn, Statistika Komitəsinin bu il üçün açıqladığı məlumatda göstərilir ki, Xankəndi şəhərində yaşı 100-dən çox olan 115 nəfər insan yaşayır və bunların 25-i kişi, 90-ı qadın olub. Bu isə o deməkdir ki, bu siyahıya hazırda Xankəndində yaşayan ermənilər də daxil edilib. O zaman buradan belə nəticə çıxartmaq olar ki, Azərbaycanda uzunömürlülər diyarı Lerik yox, Xankəndi hesab olunmalıdır. Ümumiyyətlə, açıqlanan siyahıda açıq şəkildə göstərilir ki, yaşı 100-dən çox olan insanların daha çox yaşadığı rayonlar hazırda işğal altında olan rayonlardır. Ağdamda 38, Şuşada 64, Xocalıda 13 nəfərin yaşının 100-dən çox olduğu bildirilir.

Azərbaycanın digər şəhər və rayonlarında yaşı 100-dən çox olan insanların SAYI:

Azərbaycanda yaşı 100-dən çox olan insanlar

Şəhər və rayonlar

Cəmi

Kişilər

Qadınlar

Bakı şəhəri

50

16

34

Xızı rayonu

2

1

1

Abşeron rayonu

2

2

Sumqayıt şəhəri

5

4

1

Gəncə şəhəri

1

1

Qazax rayonu

4

3

1

Ağstafa rayonu

Tovuz rayonu

16

6

10

Şəmkir rayonu

1

1

Gədəbəy rayonu

13

1

12

Samux rayonu

2

2

Göygöl rayonu

3

3

Goranboy rayonu

2

2

Naftalan rayonu

1

1

Balakən rayonu

3

1

2

Zaqatala rayonu

2

2

Qax rayonu

7

7

Şəki şəhəri

1

1

Oğuz rayonu

Qəbələ rayonu

2

2

Astara rayonu

2

2

Lənkəran şəhəri

8

2

6

Lerik rayonu

Yardımlı rayonu

2

2

2

Masallı rayonu

4

1

3

Cəlilabad rayonu

1

1

Qusar rayonu

2

2

Xaçmaz rayonu

1

1

Quba rayonu

2

2

Şabran rayonu

1

1

Siyəzən rayonu

1

1

Göyçay rayonu

Beyləqan rayonu

Ağcabədi rayonu

2

2

Bərdə rayonu

2

1

1

Neftçala rayonu

1

1

Biləsuvar rayonu

1

1

Salyan rayonu

2

2

Yevlax şəhəri

2

2

Mingəçevir şəhəri

2

2

Ağdaş rayonu

2

2

Ucar rayonu

1

1

Zərdab rayonu

2

1

1

Kürdəmir rayonu

3

1

2

İmişli rayonu

2

1

1

Saatlı rayonu

3

1

2

Sabirabad rayonu

2

2

Hacıqabul rayonu

8

8

Şirvan şəhəri

Cəbrayıl rayonu

2

1

1

Füzuli rayonu

11

1

10

Ağdam rayonu

38

2

36

Tərtər rayonu

73

5

68

Xocalı rayonu

13

5

8

Şuşa rayonu

64

26

38

Xankəndi şəhəri

115

25

90

Xocavənd rayonu

67

7

60

Laçın rayonu

18

1

17

Kəlbəcər rayonu

44

1

43

Qubadlı rayonu

1

1

Zəngilan rayonu

6

6

Qobustan rayonu

İsmayıllı rayonu

3

3

Ağsu rayonu

4

2

2

Şamaxı rayonu

2

1

1

Naxçıvan MR

44

8

36

ÖLKƏ ÜZRƏ

681

146

535

DİGƏR XƏBƏRLƏR

Top