Pakistan Hindistanın pilotsuz uçuş aparatını vurdu

Pakistan Silahlı Qüvvələri Kəşmirin İslamabadın nəzarətində olan hissəsində Hindistana məxsus pilotsuz kvadrokopteri vurub. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə xidmətin rəhbəri general-mayor Asif Qafur deyib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatı kəşfiyyat missiyasını həyata keçirib və hazırda kvadrokopter Pakistan ordusunun əlindədir. Hindistan tərəfi hələlik bu məlumatı şərh etməyib. Xatırladaq ki, bu, son ildə ikinci belə insidentdir.

DİGƏR XƏBƏRLƏR

Top