Prezident Hadı Rəcəbliyə orden verdi - “Vətənə xidmətə görə”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadı Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadi Musa oğlu Rəcəbli 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Cəfər oğlu Qasımlı “Şöhrət” ordeni ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top