Braziliya Prezidenti əməliyyat olundu

Braziliya Prezidenti Mişel Temer şənbəyə keçən gecə daha əvvəl aşkarlanmış uroloji xəstəliklə əlaqədar əməliyyat olunub. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, ona prostat vəzinin rezeksiyası edilib. Cərrahiyyə müdaxiləsi fəsadsız ötüşüb. Prezident yarımintensiv terapiya palatasında gücünü toplayır. 77 yaşlı M. Temer Braziliyanın ən yaxşı özəl klinikalardan biri hesab olunan San-Pauludakı Suriya-Livan xəstəxanasında müalicə alır.

DİGƏR XƏBƏRLƏR

Top