Madriddə minlərlə nümayişçi Puçdemonun həbsini tələb edir

Minlərlə adam Kataloniya böhranı ilə əlaqədar İspaniyanın bütövlüyünə dəstək əlaməti olaraq Madridin mərkəzi meydanlarından birinə toplaşıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Madridin Kolon meydanına yığışanların əksəri özləri ilə dövlət bayraqlarını gətirib. Aksiya iştirakçıları musiqi sədaları altında “Yaşasın İspaniya! Yaşasın Kataloniya!” şüarları səsləndiriblər və ölkə hökümətinin Kataloniya başçısı vəzifəsindən azad etdiyi Karles Puçdemonun həbsə atılması çağırışı ediblər. Nümayişə görə paytaxtın bir neçə küçəsində hərəkət dayandırılıb. Aksiyaya bəzi ispan siyasətçilər də qoşulub. Polisin məlumatına əsasən, nümayiş zamanı heç bir insident qeydə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top