Dünyanın ən savadsız və savadlı qadınları hansı ölkələrdə yaşayırlar?

Azərbaycanda 15 və yuxarı yaşda olan qadınların cəmi 0,2%-i yazıb-oxuya bilmir. "Yeniavaz.com" YUNESKO-nun ( BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda qadınların savadsızlıq səviyyəsi aşağı hesab olunur. Ümimiyyətlə, yazıb-oxumaq bacarmayan qadınların ən az olduğu ölkələr arasında keçmiş Sovetlər Birliyinə daxil olan ölkələr ilk sıralarda yer alırlar. Azərbaycanla bərabər Latviya, Litva, Estoniya və Qazaxıstanda da savadsız qadınların sayı ən aşağı səviyyədədir. Latviyada savadsızlıq səviyyəsi 0,1%, digər 3 ölkədə isə 0,2% həddində olub. Bunlardan başqa Belarusda, Ermənistanda, Tacikistanda, Gürcüstanda və Ukraynada savadsızlıq səviyyəsi 0,3%-ə, Rusiya və Türkmənistanda 0,4%, Özbəkistanda 0,5%, Qırğızıstanda 0,6, Moldovada isə 0,9%-ə bərabər olub.

Yazıb-oxumağı bacarmayan qadınların ən çox yaşadığı ölkə isə Niger hesab olunur. Bu ölkədə 15 və yuxarı yaşda olan qadınların 89%-i yazıb-oxumağı bacarmır. Ümumiyyətlə qadınların yarıdan çoxunun yazıb-oxumağı bacarmadığı ölkələr əsasən Afrikada yerləşir. Bəzi Asiya ölkələrində, o cümlədən də Şimali Koreyada da yazıb-oxumaq bacarmayan qadınların sayı 50%-dən çoxdur. Şimali Koreyada bu göstərici 84%-ə bərabərdir. Bu ölkədə əhalinin 73%-i yazıb-oxumaq bilmir. Məsələnin ən maraqlı tərəfi isə odur ki, Şimali Koreya ilə həmsərhəd olan və eyni etnik qrupun yaşadığı Cənubi Koreya dünyada qadınların ən yüksək səviyyədə (100%) yazıb-oxumaq bacardığı yeganə ölkədir.

Bunlardan başqa Azərbaycanla həmsərhəd olan Türkiyədə qadınların 8,2%-i, İranda isə 17,5%-i yazıb-oxumağı bacarmır.

DİGƏR XƏBƏRLƏR

Top