Türkiyədə terror hücumu planlaşdıran İŞİD-çilər tutulub

Ankara Respublika Prokurorluğunun İŞİD terror qruplaşmasına qarşı apardığı təhqiqat çərçivəsinə barələrində tutulma qərarı olan 55 əcnəbi şübhəlidən 49-u paytaxtda saxlanılıb. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, onların İŞİD üzvü olduğu müəyyən edilib. Ankarada keçirilən xüsusi əməliyyat zamanı müxtəlif ünvanlarda 49 əcnəbi vətəndaş saxlanılıb. Şübhəlilərdən bəzilərinin 29 Oktyabr Respublika Günü münasibitilə keçiriləcək mərasimlərdə terror hücumu planlaşdırdıqları müəyyənləşdirilib. Saxlanılardan bir neçəsi xaricdə İŞİD-in tərəfində silahlı toqquşmalarda iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top