- 2008-ci ilə qədər Kubada vətəndaşlara mobil telefon, kompüter, DVD-player, televizor, avtomobil siqnalizasiya sistemi və mikrodalğalı soba almağa icazə verilməyib.
- Danimarkada işə götürənlər əməkdaşlarını səhər, nahar və şam yeməyi ilə təmin etməyə məcburdurlar. Buna görə də iri şirkətlərdə aşpazları olan xüsusi yeməkxanalar fəaliyyət göstərir.
- İnəklər Hindistan küçələrində sərbəst gəzişə bilirlər. Onlar burda müqəddəs hesab olunur. Yerli əhali inəkləri insanlığın yeddi əcdadından biri hesab edir. İnək südü burada ana südü qədər dəyərli sayılır.
- "Face", "book", "wall", "poke" və "like" sözləri Facebook kompaniyası tərəfindən ticarət nişanları kimi qeydiyyatdan keçirilib.
- 1997-ci ildə "Yaho" ("Yahoo") Kompaniyası "Quql" ("Google") axtarış saytını cəmi 1 milyon dollara almaq bərədə edilən təklifdən imtina etmişdi. Bu gün isə "Quql"un qiyməti 250 milyard dollardır.
- Elektron ticarət sahəsində dünyanın aparıcı veb-saytlarından olan "amazon.com"da hər saniyədə 158 məhsul satılır.
- "Facebook"da artıq həyatdan köçmüş insanların adına olan 25 milyon hesab var.
- Finlandiyada sürət həddini keçməyə görə cərimənin miqdarı sürücünün illik gəliri ilə müəyyən olunur. Varlı sürücülərdən biri sürət həddini keçdiyi üçün 200 min dollar cərimələnib.
- Dünyadakı oyuncaqların 80 faizi Çində hazırlanır.