Yaralı pambıqçıların vəziyyəti necədir?

Ötən gün Goranboyda avtobusun aşması nəticəsində xəstəxanaya yerləşdirilən 5 nəfərin vəziyyəti orta ağırdır.

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Xatırladaq ki, ümumilikdə qəzada yaralananları sayı 26 olub. 23 yaralı Goranboyda, 2 yaralı Gəncədə, 1 yaralı isə Bərdədə xəstəxanaya yerləşdirilib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasındakı yaralılardan artıq 21-i ilkin tibbi müdaxilədən sonra evə buraxılıblar.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top