Kataloniyanı 1700-ə yaxın şirkət tərk edib


Bu günədək 1681 şirkət Kataloniyanı müstəqillik referendumundan sonra tərk edərək İspaniyanın digər bölgələrinə üz tutub. Bu barədə “La Vanguardia” qəzeti xəbər verib. Bildirilir ki, oktyabrın 2-dən başlayan işgüzar dairələrin axını bu günədək davam edir. Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyin lehinə səs verib. Bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. İspaniya Senatı isə Kataloniyanın muxtariyyətini ləğv edib.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top