Reper Elşad Xose saxlanılıb?

Oksana Xose tərəfindən döyülməsi barədə xəbərə münasibət bildirdi

Oksana Xose tərəfindən döyülməsi barədə xəbərə münasibət bildirdi“Bu cür sarsaq xəbərləri kim yayır, bilmirəm. Bayaqdan nə qədər adam zəng edib, dostlarım narahat olub. Çox əsassız söhbətdir. Axı Elşad məni niyə döyməlidir ki? Kim bu söhbəti hansı səbəbdən uydurub bilmirəm. Əsassız xəbərə də şərh bildirmək istəmirəm. Məni belə söhbətlərə qatmayın”.

Bu barədə rəqqasə Oksana Rəsulova Yenicag.az saytına reper Elşad Xose tərəfindən döyülməsi xəbərinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, Qafqazinfo.az saytı bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, reper rəqqasə Oksana Rəsulovanın şikayətindən sonra məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top