Madrid Kataloniyanın müstəqilliyini elan etməsinə cavab verdi

İspaniya Senatı (parlamentin yuxarı palatası) hökumətin katalon böhranının nizamlanması üzr təklif etdiyi tədbirləri qəbul edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, parlamentdə səsvermə zamanı Madridin mövqeyini senatorların əksəri dəstəkləyib. Söhbət konstitusiyanın daha əvvəl heç vaxt tətbiq edilməmiş 155-ci maddəsindən gedir. Maddə Kataloniyanın özünüidarəetməsini məhdudlaşdırır. Madridin təklif etdiyi tədbirlər Kataloniyanın başçısı Karles Puçdemonun, onun müavini Oriol Junkersin və regional hökumətin departament rəhbərlərinin vəzifədən kənarlaşdırılmasını nəzərdə tutur. Tədbirlərdən məqsəd regionda qanuniliyə əməl etməyi bərpa etmək üçün altı ay ərzində yeni regional seçkiləri keçirməkdir. Xatırladaq ki, bu gün Kataloniya parlamenti bölgənin İspaniyadan ayrılaraq müstəqilliyini elan edib.

DİGƏR XƏBƏRLƏR

Top