DÇ-2018-in qalibinə 38 milyon dollar veriləcək

Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının qalibi FIFA-dan 38 milyon dollar pul mükafatı alacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, turnirin mükafat fondu FİFA-nın Kəlküttə şəhərində keçrilmiş iclasında təsdiq edilib. Dünya çempionatının ümumi mükafat fondu isə 400 milyon dollar təşkil edəcək. Çempionatın final mərhələsində iştirak edən hər yığmanın təmsil etdiyi futbol assosiasiyasına 8 milyon dollar veriləcək. 1/8 final mərhələsinə çıxan komandanın assosiasiyasına 12 milyon, 1/4 final mərhələsinə düşməyə görə 16 milyon dollar, dördüncü, üçüncü və ikinci yerlərə görə müvafiq olaraq 22 milyon, 24 milyon və 28 milyon dollar ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Top