Kataloniya müstəqilliyini elan etdi

Kataloniya parlamenti İspaniyadan ayrılıb müstəqilliyin elan edilməsi haqqında qətnamənin lehinə səs verib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qətnamə “Xalq birliyinin namizədliyi” sağ radikal partiya (CUP) və “Birlikdə hə” koalisiyası tərəfindən parlamentə təqdim olunub. 72 deputat qətnaməni dəstəkləyib, 10 deputat əleyhinə səs verib, daha ikisi isə səs verməyib. Qətnamədə deyilir ki, Kataloniya respublika formasında müstəqil dövlətə çevrilir. Sənəd Kataloniya respublikasının müstəqil, suveren, hüquqi, demokratik və sosial dövlət qismində qurulmasını elan edir.

DİGƏR XƏBƏRLƏR

Top