Rusiya prezidentliyinə namizəd: Krımda yeni referendum keçirilməlidir

Krımda yeni müstəqil referendum keçirilməlidir.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu 2018-ci ildə Rusiyada keçiriləcək president seçkilərinə namizədliyini irəli sürmüş teleaparıcı Kseniya Sobçak deyib. Onun sözlərinə görə, Rusiya beynəlxalq öhdəliyi pozub, bu, başlanğıcın əsas nöqtəsidir: “Krımda ruslar yaşayırlar, orada onların sayı çoxdur… Biz onlara qarşı geosiyasətin subyekti kimi yanaşa bilmərik. İnsanlar üçün olmayan siyasət pisdir”.

K. Sobçak bildirib: “Mən böhranlı və ədalətsiz vəziyyətdən çıxış yolu kimi müxtəlif baxışları nəzərdə tutan yeni referendumu görürəm. Krımda təbliğat aparmayacam”.

Xatırladaq ki, K. Sobçak daha əvvəl bəyan etmişdi ki, Krım beynəlxalq hüquq cəhətdən Ukrayna ərazisidir.

DİGƏR XƏBƏRLƏR

Top