“Bufer”i dəyişən sürücülərin nəzərinə - Bunu necə etmək olar?


Avtomobildə ön bamperlərin dəyişdirilməsi və yaxud başqa birisi ilə əvəzlənməsi tez-tez qarşılaşdığımız hadisədir. Bəzən isə sürücülər köhnə model avtomobillərə yeni modellərin ön və yaxud arxa bamperin dəyişdirilməsinə görə DYP tərəfindən cərimə olunduqlarını deyirlər. Ümumiyyətlə, bamperin dəyişdirilməsi konstruksiya dəyişikliyi hesab edilirmi? DYP buna görə cərimə yaza bilərmi? Hüquqşünas Ərşad Hüseynov bildirib ki, bamper avtomobilin passiv təhlükəsizlik sisteminə aid olan elementdir. Eyni zamanda, bamper avtomobilin marka və modelinin eyniləşdirilməsinə xidmət edir: “90-cı ilin avtomobilinə 2017-ci il buraxılışı olan avtomobilin bamperini qoymaq olar. Sadəcə, burada iki şərt var. Birincisi odur ki, həmin bamperin özü bütün texniki tələblərə cavab verməlidir. Yəni, avtomobil bamperinə aid texniki tələblərə cavab verməlidir, kinetik enerjini udma xüsusiyyəti və s. yerində olmalıdır. Adi dəmirdən nəsə düzəldib avtomobilə quraşdırmaq olmaz. İkincisi isə bamper avtomobilin konstruksiyasındakı yerinə uyğun gəlməli və modelin müəyyən edilməsinə maneə olmamalıdır. Bu o deməkdir ki, məsələn, “Mercedes”ə “ ”Toyota”nın, yaxud “Hyundai”a “Opel”in bamperini qoysaq və bilinməsə ki, hansı modeldir, o zaman problem yaradacaq. Təbii ki, DYP belə halda qanunun tələblərinə görə həmin sürücünü cərimələyə bilər.”Avtosfer.az

DİGƏR XƏBƏRLƏR

Top