Moskvada qurbanlarını ətçəkəndən keçirən manyak saxlanıldı


Moskvada iki qızın zorlanmasında və qətlində şübhəli bilinən şəxs saxlanılıb. İstintaqın məlumatına əsasən, 31 yaşlı Aleksandr Maslennikov qurbanlarının cəsədlərini ətçəkən maşından keçirib. Bu barədə “Moskovski Komsomoleç” xəbər verir. Məlumata əsasən, o, Voljski şəhərinin sakinləri olan hər iki qurbanı ilə kafedə tanış olaraq evinə dəvət edib. Burada onları zorlayaraq qətlə yetirib. Daha sonra qurbanlarının cəsədlərini doğrayaraq ətçəkən maşından keçirib. Maslennikov qızları qətlə yetirdikdən sonra sosial şəbəkədə Podmoskovyadan olan saç ustası ilə tanış olub. Bir müddət sonra qadın onunla görüşmək istədiyini bildirib. Polis Maslennikovu xanımla birlikdə ticarət mərkəzində bazarlıq edən zaman yaxalayıb.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top