Rusiya Mərkəzi Bankı il ərzində beşinci dəfə uçot dərəcəsini azaltdı

Rusiya Mərkəzi Bankının Direktorlar Şurası uçot dərəcəsini illik 8,25 faizədək azaldıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, il ərzində uçot dərəcəsi sayca beşinci dəfə azaldılır. Rusiya Mərkəzi Bankının Direktorlar Şurası oktyabrın 27-də keçirdiyi iclasda uçot dərəcəsini illik 0,25 faiz bənd, 8,25 faizədək azaltmaq qərarı alıb. Direktorlar Şurası qeyd edir ki, inflyasiya 4 faiz ətrafında qalır: “İnflyasiyanın proqnozdan aşağı yayınması əsasən müvəqqəti amillə bağlıdır”. Mərkəzi Bank qarşıdakı iclaslarda uçot dərəcəsinin yenidən azaldılması imkanı olduğunu bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top